AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun YAP Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
İclasda çıxış edən institutun baş direktoru, akademik Vaqif Fərzəliyev əməkdaşları qarşıdan gələn Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
V.Fərzəliyev Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən, əhəmiyyətindən danışıb. Qeyd edib ki, 1991-ci ildə Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyinin əhəmiyyətini nəzərə alaraq, 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edilib. Bu tarix dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsində mühüm rol oynayıb.
Baş direktor 30 ilə yaxın işğal altında olan torpaqların azad olunması ilə ərazi bötüvlüyünün bərpa edilməsində milli həmrəyliyimizin həlledici amil olduğunu söyləyib.
Tədbirdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova və Həmkarlar Təşkilatının sədri, k.ü.f.d. Elxan İsakov çıxış edərək Həmrəylik Günü ilə əlaqədar fikirlərini bölüşüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.