Beynəlxalq Muğam Mərkəzində ustad Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş gecə keçirilib. Tanınmış ziyalılar, millət vəkilləri və incəsənət xadimlərinin iştirak etdiyi gecədə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi xidməti olan, bu sənətin tanıdılmasında fəal iştirak edən və uğur qazanmış şəxsləri “Aşıq Ələsgər 200” yubiley medalı ilə təltif edib.
Təltif olunanlar arasında AMEA-nın Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov və institutun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, millət vəkili Əziz Ələkbərli də yer alıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.