Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.01.2022 17:32
  • A-
  • A
  • A+

Botanika İnstitutunda 2022-ci ildə aparılacaq elmi-tədqiqat işləri müzakirə olunub

Botanika İnstitutunda 2022-ci ildə aparılacaq elmi-tədqiqat işləri müzakirə olunub

AMEA-nın Botanika İnstitutunun Elmi şurasının 2022-ci ildə ilk iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.

İclasda AMEA Rəyasət Heyətinin 1 oktyabr 2021-ci il tarixli qərarı ilə təsdiq olunmuş “2021-2025-ci illər AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin mövzu planı”na uyğun olaraq 2022-ci ildə institutda yerinə yetiriləcək elmi-tədqiqat işlərinin plan-proqram layihəsi müzakirə olunub.

İclasda AMEA-nın müxbir üzvü mərhum X.Qasımovun 80 illik yubileyinə həsr olunmuş respublika səviyyəli konfransın və b.e.d., dosent İ.Qurbanovanın 85 illik yubileyinin keçirilməsi məqsədəuyğun hesab edilib. Həmçinin institutun fəlsəfə doktorluğu üzrə iddiaçılarının dissertasiya mövzuları ilə əlaqədar ərizələri nəzərə alınıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: