Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

17.01.2022 15:48
  • A-
  • A
  • A+

“Azərbaycanca-tatarca-rusca-ingiliscə” danışıq kitabçası nəşr olunub

“Azərbaycanca-tatarca-rusca-ingiliscə” danışıq kitabçası nəşr olunub

Danışıq kitabçaları xalqlar arasında ünsiyyətin yaradılmasına, insanların özlərini ifadə etməsinə imkan yaradır. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsi müxtəlif türk dillərinin danışıq kitabçalarını hazırlamağı qarşısına məqsəd qoyub.

2019-cu ildə Kazan Federal Universitetinin filologiya fakültəsi ilə Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsi arasında birgə əməkdaşlıq haqqında anlaşma əsasında Elnarə Əliyeva, Əlfiya Yusupova, Kadriya Fətxullova tərəfindən tərtib olunmuş “Azərbaycanca-tatarca-rusca-ingiliscə” danışıq kitabçasının nəşrini müsbət hal kimi dəyərləndirmək olar.

Danışıq kitabçası türk dilləri ilə maraqlananlar, o cümlədən Azərbaycan və tatar dillərində danışmaq istəyənlərə kömək məqsədilə tərtib olunub. Kitabça tematik prinsip əsasında hazırlanmış, Azərbaycan, tatar dillərində gündəlik ünsiyyətdə aktiv istifadə olunan sözlər, söz birləşmələri, həmçinin onların rus və ingilis dillərinə tərcüməsindən ibarətdir. Danışıq kitabçasının sonunda daha çox istifadə olunan leksik vahidlər və bu dilin qrammatikası haqqında kiçik məlumat, həmçinin qrammatik terminlər öz əksini tapıb.

Layihənin rəhbəri akademik Kamal Abdullayev, layihəyə məsul Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimovdur. 

Qeyd edək ki, “Azərbaycanca-tatarca-rusca-ingiliscə” danışıq kitabçası Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nəşr edilib və mərkəz tərəfindən təqdimat mərasimi keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: