AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri və digər əməkdaşları 20 Yanvar Ümumxalq Hüzn Gününün 32-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər. Günahsız olaraq qətlə yetirilmiş oğul və qızlarımızın unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiram əlaməti olaraq məzarları önünə tər qərənfillər düzüblər. İSİ əməkdaşları Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsini də ehtiramla yad ediblər.
Bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri olan 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə deyil, həm də şərəf günü kimi xatırlanır. Azərbaycan xalqı həmin gün sovet ordusuna qarşı sinəsini sipər etmiş, mətnlik nümayiş etdirmişdir. Məhz həmin hadisələr sübut etdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin, ərazi bütövlüyünün bərpası uğrunda savaşmaq əzminə malikdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.