Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2022 12:56
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda 20 Yanvar faciəsi anılıb

Dilçilik İnstitutunda 20 Yanvar faciəsi anılıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Öncə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli 32 il öncə Azərbaycan xalqına qarşı törədilmiş cinayətin əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğunu vurğulayıb. Professor bildirib ki, 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir.

1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol 2020-ci il sentyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Zəfər salnaməsi ilə ən mühüm zirvəsinə çatdı. Xalqımızın öz müstəqilliyi naminə verdiyi bu şəhidlər müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoydu. Onların xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır!

Tədbirdə 20 Yanvar şəhidi Yusif Sadıqovun bacısı, professor Sayalı Sadıqova qardaşı ilə bağlı xatirələrini bölüşüb.

İnstitutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, professor İsmayıl Məmmədli, dosentlər Elçin İsmayılov, Şəbnəm Həsənli Qəribova, Qüdsiyyə Qəmbərova xalqımızın qan yaddaşında dərin iz buraxmış Qanlı Yanvar faciəsindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: