Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2022 17:02
  • A-
  • A
  • A+

Fizika İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Fizika İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

AMEA-nın Fizika İnstitutunda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti v.i.e, institutun baş direktoru, akademik Arif Həşimov açıb. O bildirib ki, sovetlər birliyi xalqın hakimiyyətə qarşı çıxışlarını bəhanə gətirərək yanvarın 19-da Bakı şəhərinə qoşunlar yeridib. Baş direktor çıxışında həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 137 insanın qətlə yetirildiyini, 700-dən artıq vətəndaşın yaralandığını bildirib.

A.Həşimov qeyd edib ki, 20 Yanvar hadisələrinə əsil siyasi qiymətin Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra verildiyini vurğulayıb.

Akademik A.Həşimov Ümummilli Lider Heydər Əliyev siyasətinin davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi siyasət və ordumuzun şücaəti nəticəsində 30 ilə yaxın işğal altında olanda torpaqlarımızın  düşmən əsarətindən azad olunduğunu bildirib. Çıxışının sonunda A.Həşimov  vurğulayıb ki, 20 Yanvar şəhidlərinin xatirəsini yaşatmaq və gələcək nəsilləri bu haqda məlumatlandırmaq hər bir vətəndaşın borcudur.

Tədbirdə Həmkarlar ittifaqının sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova və başqaları çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində baş verən ən dəhşətli hadisələrdən biri olduğunu vurğulayıb və 1990-cı ilin yanvar ayının 19-dan  20-ə keçən gecə törədilən vəhşiliklərdən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: