Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fizika İnstitutunda təhsilin magistratura pilləsinin açılması ilə əlaqədar mətbuat konfransı keçirilib
04.05.2015 00:00
  • A-
  • A
  • A+

Fizika İnstitutunda təhsilin magistratura pilləsinin açılması ilə əlaqədar mətbuat konfransı keçirilib

Mayın 4-də AMEA Fizika İnstitutunda təhsilin magistratura pilləsinin açılması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Tədbirdə İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, İnnovasiya və Transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov və Təhsil şöbəsinin rəhbəri Abasəd İsayev iştirak ediblər.

Akademik Cavad Abdinov Fizika İnstitutunda `təhsil alacaq magistrantlar üçün yaradılan imkanlar barədə məlumat verib. Bildirilib ki, institutda magistrlər iki ixtisas (nəzəri və riyazi fizika və bərk cisim fizikası) üzrə təhsil ala biləcəklər. Bu ixtisaslara ödənişsiz əsaslarla 4 yer ayrılıb, onlardan 3-ü bərk cisim, biri isə nəzəri fizika ixtisası üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: