Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.02.2022 15:54
  • A-
  • A
  • A+

“Ağamusa Axundov və Azərbaycan dilçiliyi” mövzusunda elmi sessiya keçirilib

“Ağamusa Axundov və Azərbaycan dilçiliyi” mövzusunda elmi sessiya keçirilib

Fevralın 4-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda görkəmli Azərbaycan dilçisi, dünya şöhrətli türkoloq, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Ağamusa Axundovun anadan olmasının 90-cı ildönümü münasibətilə “Ağamusa Axundov və Azərbaycan dilçiliyi” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan müəssisənin baş direktoru, professor Nadir Məmmədli bildirib ki, Ağamusa Axundov Azərbaycan dilçiliyi, ümumi dilçilik, dil nəzəriyyəsi, türkologiya, üslubiyyat, dil tarixi, etimologiya, lüğətçilik və s. sahələr üzrə görkəmli mütəxəssis olub.

Professor Nadir Məmmədli vurğulayıb ki, Ağamusa Axundov 1964-cü ildə, hələ 32 yaşında ikən “Azərbaycan dilinin fonemlər sistemi (fizioloji, akustik, statistik, fonoloji tədqiqat təcrübəsi)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Həmin müdafiədə görkəmli mütəxəssislər – keçmiş SSRİ Elmlər Akademiyasının baş elmi işçisi, professor N.Baskakov, Gürcüstan Elmlər Akademiyasının akademiki S.Cikiya, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ə.Dəmirçizadə, filologiya elmləri doktoru, Dövlət mükafatı laureatı Ə.Orucov və başqaları çıxış edərək A.Axundovun doktorluq işinin yüksək elmi dəyərə malik olduğunu göstəriblər.

Baş direktorun sözlərinə görə, çoxşaxəli zəngin yaradıcılığı ilə dilçilik elminin inkişafında mühüm xidmətləri olan, ona öz töhfələrini verən Ağamusa Axundov 36 mo­noq­ra­fiya  dərs­liyin, 500-ə qə­dər el­mi mə­qa­­nin müəl­li­fi­ olub: “Alim öz ge­niş dia­pa­zon­lu fəa­liy­yəti, zən­gin ya­ra­­­lıq ir­si ilə Azər­bay­can dil­çi­li­yinə, ­töv­lük­də tür­ko­lo­giya alə­minə Dil və üs­lub mə­­­ləri”, “Fei­lin za­man­ları”, “Dil­çi­liyə gi­riş”, “Ümumi dil­çi­lik”, “Ri­yazi dil­çi­lik”, “Azər­bay­can di­li­nin fo­ne­ti­kası”, “Dil­çi­li­yin ta­rixi, ­­riy­yəsi və me­tod­ları”, “Dil və ədə­biy­yat” 2 cild­, “Azər­bay­can di­li­nin izah­lı lü­ğəti” kimi fun­da­men­tal əsər­lər bəxş edib.

Sonra institutun Kompüter dilçiliyi şöbəsinin müdiri, professor Məsud Mahmudov “Akademik Ağamusa Axundov - sevimli müəllim, əziz  həmkar”, Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova “Görkəmli dilçi alim” və Hind-Avropa dilləri şöbəsinin müdiri, professor İlham Tahirov “Zamana yenilməyən insan mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə bildirilib ki, akademik Ağamusa Axundov yüksək daxili mədəniyyəti, insansevərliyi, ali­cə­nab­lı­ğı ilə seçilib, insanı daim elminə, biliyinə görə qiymətləndirib. Azərbaycan dilinin sintaqmatik fonetikası sahəsinin yaradı­cı­sı kimi dilçiliyimizə adını yazıb, şeir vəzninin yazıldığı dilin fonetik quruluşundan asılılığını sübut edib, türk dillərində sıra kateqoriyasının mövcudluğunu əsaslandırıb və bu dillərin məntiqi tipinin yaradılması ideyasını ortaya qoyub. Fonetika və fonologiya sahəsi ilə bağlı çoxillik səmərəli araşdırmalarının nəticəsi kimi 1984-cü ildə “Azərbaycan dilinin fonetikası” adlı fundamental monoqra­fiyasını elmi ictimaiyyətə təqdim edib və bu sanballı əsər yüksək qiymətlən­dirilərək, 1986-cı ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.

Tədbirdə, həmçinin çıxış edən professor ismayıl Məmmədli, filologiya elmləri doktoru Mayıl Əsgərov, dosentlər Qətibə Mahmudova və Qətibə Quliyeva görkəmli alimin səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıblar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: