Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.02.2022 17:45
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun alimi beynəlxalq konfransda məruzə edib

Əlyazmalar İnstitutunun alimi beynəlxalq konfransda məruzə edib

Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami Gəncəvi Məqbərə Kompleksinin təşkilatçılığı ilə 2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar “Dahilərimiz və Tariximiz” mövzusundabeynəlxalq elmi konfrans keçirilib.

Tədbiri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qoruqların idarə olunması və istifadəsinə nəzarət sektorunun müdiri Mahir Qəhrəmanov açaraq konfransın işinə uğurlar arzulayıb.

Daha sonra konfransın moderatoru Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami Gəncəvi Məqbərə Kompleksi filialının müdiri Gülnarə İsmayılova çıxış edərək tədbirin “Şuşa ili”nə həsr olunduğunu nəzərə çatdırıb.

Konfransda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, f.ü.f.d., dosent Əzizağa Nəcəfzadə “Molla Pənah Vaqifin həyat və yaradıcılığı ilə bağlı rəvayətlər” mövzusunda çıxış edib. Məruzəçi çıxışında qeyd edib ki, M.P.Vaqiflə bağlı rəvayətlərin toplanması işi XIX əsrdə başlasa da, XX əsrdə daha intensiv xarakter alıb. Bildirib ki, Mirzə Fətəli Axundzadə, Əhməd bəy Cavanşir, Hüseyn Əfəndi Qayıbov və digərlərinin qeydlərində, Firidun bəy Köçərlinin Azərbaycan ədəbiyyatı tarixinə dair tədqiqatlarında, Salman Mümtazın məqalələrində bu rəvayətlərə geniş yer verilib.

Tədbirdə, həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, f.ü.f.d. Aygün Bağırlının “Xurşidbanu Natəvanın parlaq obrazı Azərbaycan ədəbiyyatının səhifələrində”, Konyadan Selçuk Universitetinin fars dili və ədəbiyyat müəllimi, professor Dr. Ali Temizelin “Mövlanənin aforizmləri və insanlara olan nəsihətləri”, Gəncədən Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsal İsgəndərlinin “Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı” başlıqlı məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: