Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

08.02.2022 15:58
  • A-
  • A
  • A+

Alimlər iflic siçanlar üçün insan hüceyrələrindən onurğa beyni implantı hazırlayıblar

Alimlər iflic siçanlar üçün insan hüceyrələrindən onurğa beyni implantı hazırlayıblar

İsrail alimləri iflic siçanlar üçün insan hüceyrələrindən onurğa beyni implantı hazırlayıblar.

Transplantasiyadan sonra gəmiricilər yeriyə biliblər. Texnologiyanın klinik sınaqlarına üç ildən sonra başlanacağı gözlənilir.

Alimlərin sözlərinə görə, bu, yataq xəstəsi və ya əlil arabasında olan insanlara yenidən ayağa qalxmaq şansı verə bilər. Siçanlara üç insanın hüceyrələrindən yetişdirilmiş implant qoyulub.

İnsanlara gəldikdə, alimlər xəstənin öz biomaterialından istifadə edəcəklər. Bu rədd edilmə riski olmadan toxumanın bərpasına və immunitetə təzyiq göstərmədən transplantasiya etməyə imkan verəcək.

İmplantın köçürülməsindən sonra uzun müddətli iflic olan siçanların 80 faizinin yerimə qabiliyyəti bərpa olunub, ancaq yaxın vaxtlarda iflic olanlarda bu göstərici 100 faiz olub.

oxu.az

  • Paylaş: