“Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində tərəfdaş ölkələrin nümayəndələri arasında növbəti müzakirələr keçirilib.
“Zoom” platforması üzərindən onlayn şəkildə həyata keçirilən müzakirələrdə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, Zəlzələlərin tədqiqatı bürosunun rəis müavini, sistem administratoru Ruqiyyə Kərimova və mərkəzin əməkdaşı Lalə Piriyeva iştirak ediblər.
Müzakirələrdə layihə çərçivəsində tərəfdaş ölkələrdə görülmüş işlər haqqında məlumat verilib.
RSXM-nin icraçı direktoru Rauf Muradov Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılması haqqında məruzə edib. Yeni stansiyaların quraşdırılması prosesinin davam etdiyini bildirən R.Muradov artıq bir neçə stansiyanın fəaliyyətə başladığını qeyd edib. Görüşdə tərəfdaş ölkələr arasında əməkdaşlığın gələcək perspektivləri haqqında da müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.