Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.02.2022 14:26
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov Elmi şuranın gündəliyində olan məsələlərlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.

İclasda AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru İdeal Nərimanovun 95, tarix elmləri doktoru, professor Məmmədəli Hüseynovun 100 illik yubileyləri ilə əlaqədar Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda beynəlxalq konfransın keçirilməsi qərara alınıb.

Tədbirdə, həmçinin bir sıra cari məsələlərə baxılaraq müvafiq qərarlar qəbul olunub.

Təqdim olunan mövzular ətrafında Elmi şuranın üzvləri professorlar Əsədulla Cəfərov, Qafar Cəbiyev, Hidayət Cəfərov, Şirin Bünyadova, t.e.d Güllü Məmmədli, t.ü.f.d Bəhlul İbrahimli, icraçı direktor t.ü.f.d Zaur Həsənov, t.ü.f.d Fərhad Quliyev çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: