Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Sovet dövründə Azərbaycan - Türkiyə münasibətlərinə həsr olunan kitab çapdan çıxıb
14.02.2022 12:11
  • A-
  • A
  • A+

Sovet dövründə Azərbaycan - Türkiyə münasibətlərinə həsr olunan kitab çapdan çıxıb

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqut Əmirovanın “Sovet dövründə Azərbaycan - Türkiyə münasibətləri” kitabı çapdan çıxıb.

Monoqrafiyada 1920-ci il aprel işğalından sonra yaranan Sovet Azərbaycanı və Türkiyə Böyük Millət Məclisi arasında əlaqələrin təşəkkül tapması, Sovet Rusiyası - Türkiyə diplomatik əlaqələri kontekstində Azərbaycan SSR-nin ərazi bütövlüyü problemi, Sovet dövlətinin Türkiyə Cümhuriyyəti ilə qarşılıqlı əlaqələrində onun iştirakı, ikitərəfli münasibətlərdə Türkiyədəki Azərbaycan siyasi mühacirəti amili, Türkiyənin istiqlal mübarizəsində Sovet Azərbaycanının maddi və mənəvi yardımı, Sovet - Türkiyə iqtisadi əlaqələrində Azərbaycan SSR-nin yeri, onun Türkiyə ilə mədəni, elm və təhsil sahələrində əlaqələri nəzərdən keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: