Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.02.2022 16:58
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə ilə çıxış edib

Şərqşünaslıq İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə ilə çıxış edib

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin kiçik elmi işçisi Əzizə İsmayılova Türkiyənin Antalya şəhərində onlayn formatda keçirilən Elmi araşdırmalar və son tendensiyalar üzrə IX beynəlxalq Avrasiya konfransında iştirak edib.

Tədbirdə Ə.İsmayılova “The “Crescent” of the Middle East” (Yaxın Şərqin “Hilal”ı) mövzusunda ingilis dilində məruzə ilə çıxış edib. Məruzədə tanınmış ərəb yazıçısı, publisist, tarixçi, tədqiqatçı Cürci Zeydanın 1892-ci ildə Misirin Qahirə şəhərində təsis etdiyi “Əl-Hilal” jurnalı haqqında, onun hansı səbəbdən bu ad altında çap olunması və ərəb ədəbi-mədəni fikrinin təbliğində rolu barədə ətraflı məlumat verilib. Yeni maarifçiliyin əsasını qoyan və bununla da öz ətrafına təkcə ərəb Şərqində yox, bütün dünyada böyük oxucu kütləsi yığa bilən bu jurnal haqqında məruzə konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: