Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.05.2015 00:00
  • A-
  • A
  • A+

AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin ümumi yığıncağı keçirilib

AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin ümumi yığıncağı keçirilib

Mayın 5-də AMEA Rəyasət Heyətində Humanitar və İctimai Elmlər bölmələrinin ümumi yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iclasın gündəliyinə bölmələrin büro üzvləri, akademik-katiblərinin müavinlərinin seçilməsinin daxil edildiyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin Akademiyanın Nizamnaməsinin təsdiqi haqqında 2014-cü il 11 dekabr tarixli Fərmanına əsasən AMEA-nın tərkibində Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsi yaradılıb. Akademik Teymur Kərimli Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən təyin olunublar.

Akademik İsa Həbibbəyli aprelin 29-da keçirilmiş AMEA-nın illik Ümumi yığıncağında Humanitar və İctimai Elmlər Bölməsinin iki ayrı bölmə kimi fəaliyyətinin təşkili ilə bağlı qərarın qəbul edildiyini bildirib. Qeyd edib ki, Nizamnamənin tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də hər iki bölmənin fəaliyyətinin təşkili məqsədilə Ədəbiyyat, Dilçilik, Şərqşünaslıq, Əlyazmalar, Folklor, Memarlıq və İncəsənət institutları, həmçinin Milli Аzərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyinin Humanitar Elmlər Bölməsinin tərkibinə, Tarix, Arxeologiya və Etnoqrafiya, İqtisadiyyat, Fəlsəfə və Hüquq, İnsan Hüquqları, Dünya Siyasəti, Elm Tarixi, Qafqazşünaslıq institutları, o cümlədən Milli Аzərbaycan Tarixi Muzeyinin İctimai Elmlər Bölməsinin tərkibinə daxil edilib. Bölmələrin tərkibi müəyyənləşdirilib.

Sonra səsvermə yolu ilə Humanitar və İctimai Elmlər bölmələrinin büro üzvləri, akademik-katiblərinin müavinlərinin seçkisi keçirilib.

Səsverməyə əsasən akademiklər Nailə Vəlixanlı, Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri İlyas Babayev, Gövhər Baxşəliyeva,Yaqub Mahmudov, Şahbaz Muradov, Məsumə Məlikova İctimai Elmlər Bölməsinin büro üzvləri, AMEA-nın müxbir üzvü Şahin Mustafayev isə bölmənin akademik-katibinin müavini seçiliblər.

Həmçinin səsvermə nəticəsində akademiklər Tofiq Hacıyev, Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvləri Muxtar İmanov, Əliyar Səfərli, Ərtegin Salamzadə, Möhsün Nağısoylu Humanitar Elmlər Bölməsinin büro üzvləri, AMEA-nın müxbir üzvü Muxtar İmanov isə bölmənin akademik-katibinin müavini seçiliblər.

İclasa yekun vuran akademik İsa Həbibbəyli bölmələrin fəaliyyətinə uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: