Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.02.2022 14:35
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunda Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirilib

Riyaziyyat və Mexanika İnstitutunda Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirilib

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Öncə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.

Yığıncağı giriş sözü ilə açan Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov Xocalı soyqırımı günahkarlarının beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılması istiqamətində aparılan məqsədyönlü işlərdən danışaraq, bu tədbirlərin yaxın zamanda öz nəticəsini verəcəyinə əminliyini ifadə edib. Əlavə edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasına daxil edilməsi ölkəmizin hərbi potensialının yüksək səviyyədə olduğunun göstəricisidir. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi və torpaqlarımızın azad edilməsi fonunda Xocalı qurbanlarının qisası alınıb. Professor Misir Mərdanov faciədən 30 il ötməsinə baxmayaraq, bu gün də xalqımızın yaddaşında sağalmayan yara olduğunu vurğulayıb.

Tədbirdə “Cəsur döyüşçü”, eləcə də Cəbrayıl, Xocavənd, Füzuli rayonlarının azad olunmağına görə medallarla təltif olunmuş mayor Murad Şirinov və Tərtər, Ağdərə, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmiş Rüstəm Əhmədli və Azərbaycan Ordusunun 2016-cı il aprel zəfərinin iştirakçısı Elvin Əliyev iştirak ediblər. Onlar çıxışlarında vurğulayıblar ki, döyüşlərdə yüksək fədakarlıq göstərən ordumuzun hər bir üzvü ona verilən tapşırığı böyük həvəslə və qürurla icra edərək, döyüş meydanında Azərbaycan əsgərinin adını, üçrəngli bayrağımızı şərəflə, məğrurla daha da zirvələrə daşıyıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: