AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımovun həmmüəllif olduğu “Azərbaycan iqtisadiyyatının prioritetlərinin davamlı inkişafına qeyri-səlis yanaşma” adlı kitab nəşr olunub.
Monoqrafiyada sosial-iqtisadi inkişaf göstəricilərinin “soft compüting” (“yumşaq hesablama”) üsullarının, xüsusilə qeyri-səlis metodların tətbiqi məsələləri araşdırılıb.
Kitabda dünya şöhrətli görkəmli Azərbyacan alimi Lütfi Zadənin təklif etdiyi riyazi aparatın köməyilə qeyri-müəyyənlik şəraitində kəmiyyət və keyfiyyət göstəricilərini və onların aralıq qiymətlərini riyazi ifadə etmək və iqtisadi-riyazi modellərə daxil etməklə, müxtəlif iqtisadi məsələlərin həlli təklif olunub.
Vəsait iqtisadiyyat və riyaziyyat sahəsində məşğul olan mütəxəssislər və tələbələr üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.