AMEA-nın Zoologiya İnstitutunda Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanması ilə bağlı işçi qrupun növbəti iclası keçirilib.
Tədbiri institutun baş direktoru vəzifəsini icra edən, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov açaraq sözü fauna üzrə işçi qrupunun sədri, institutun icraçı direktoru, biologiya elmləri doktoru, dosent Elşad Əhmədova verib. Elşad Əhmədov “Qırmızı kitab”ın III nəşrinin yüksək səviyyədə hazırlanması üzrə qaydaları, qiymətləndirmə üsulları, gələcək fəaliyyət istiqamətinin müəyyənləşdirilməsi barədə məlumat verib. Sonra siniflər üzrə işçi qrupun rəhbərləri biologiya elmləri doktoru, dosent Qiyas Quliyev, biologiya üzrə fəlsəfə doktorları Adil Əliyev, Təvəkkül İsgəndərov, İlhamə Kərimova görülən və planlaşdırılan işlər haqqında ətraflı məlumat veriblər.
Sonda akademik Tariyel Talıbov, biologiya elmləri doktoru, professor Şaiq İbrahimov, biologiya üzrə fəlsəfə doktorları Çingiz Məmmədov, Elçin Sultanov və başqaları müzakirələrdə iştirak edərək işçi qrupuna çoxsaylı təkliflər verilib, müvafiq qərarlar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.