Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.03.2022 10:00
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Neft və Qaz İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib.

İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələlərlə şura üzvlərini tanış edib.

Sonra şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Bünyad Kazımov “Neftqazçıxarmada ilkin məlumatların qeyri-müəyyənliyi şəraitində idarəetmə qərarlarının qəbulu” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, ilkin məlumatların qeyri-müəyyənliyi şəraitində qərarqəbuletmə məsələlərinin həlli imkanlarına baxılıb. Təqdim olunan məruzə icmal səciyyəsi daşımaqla, ilk növbədə tədqiqatçıların diqqətini neftqazçıxarma problemlərinin tədqiqi zamanı məlumatların qeyri-müəyyənliyi çərçivəsində qeyri-səlis çoxluqlar nəzəriyyəsinə əsaslanan riyazi yanaşmanın tətbiqinə əsaslandırılıb.

Daha sonra müəssisənin elmi katibi, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova 2022-ci il üçün institutun iş planını təqdim edib.

İclasda, həmçinin AMEA-nın müxbir üzvü Qərib Calalov və texnika elmləri doktoru Mahir Rəsulov “Ehtiyatı çətin çıxarılan neft yataqlarına dispers sistemlərlə təsir zamanı yaranan fiziki-kimyəvi və hidrotermodinamiki proseslərin tədqiqi” adlı elmi tədqiqat işinin yerinə yetirilməsinin gedişatı haqqında (2020-2022) məlumat verib.

Eyni zamanda Təhsil şöbəsinin müdiri Arif Hüseynov Neft və Qaz İnstitutunun magistraturasında təhsil alan tələbələrin payız sessiyası üzrə attestasiyanın nəticələrini diqqətə çatdırıb.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: