Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.03.2022 17:10
  • A-
  • A
  • A+

“Şuşanın rəqəmsal müəllimləri” layihəsi çərçivəsində keçirilən təlimlər sona çatıb

“Şuşanın rəqəmsal müəllimləri” layihəsi çərçivəsində keçirilən təlimlər sona çatıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən və 1 fevral - 30 aprel 2022-ci il tarixlərində icra olunan “Şuşanın rəqəmsal müəllimləri adlı tədbirlərin təşkili” layihəsi çərçivəsində 6, 7, 12 və 13 mart tarixlərində həyata keçirilən təlimlər sona çatıb. Təlimləri AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Səyyarə Hidayətzadə, Pünar Quliyeva və Aytac Mustafazadə keçiblər.

Təlimlərdə müəllimlərə “Google for Education” platforması əsasında müxtəlif texnologiyalardan istifadə etməklə dərs prosesini asanlaşdırmağın, dərsə daha çox zaman ayırmağın yolları və faydaları tədris olunaraq XXI əsrin tələblərinə uyğun təhlükəsiz və məsuliyyətli vətəndaş yetişdirmək üçün müəllimlərin üzərinə düşən məsələlər müzakirə edilib. Tədris zamanı müəllimlər “Google” alətlərinin nə zaman və necə istifadə olunacağını mənimsəyib, öyrəndikləri məlumatları praktiki olaraq yoxlamaq imkanı əldə ediblər.

Təlimlərdə iştirak edən müəllimlər imtahanlar vasitəsilə biliklərini sınayaraq sertifikat qazanacaqlar.

Qeyd edək ki, 8 hissədən ibarət olan təlimlərdə Şuşa məktəblərindən olan 300 müəllim arasından 50 müəllim iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: