AMEA-nın Radiasiya Problemləri İnstitutunda elmi-tədqiqat təcrübəsi keçmiş Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin (ADMİU) “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə təhsil alan magistrları ilə yekun görüş keçirilib.
Görüşdə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev tələbələri salamlayıb və istehsalat təcrübəsinin yekunlarına dair fikirlərini bölüşüb.
Daha sonra çıxış edən təcrübə rəhbəri, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov tələbələr üçün yaradılan şəraitə və elmi-tədqiqat təcrübəsi müddətində qayğıkeş münasibətə görə institut rəhbərliyinə təşəkkür edib.
Sonda magistrların gələcək elmi fəaliyyətləri ətrafında fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.