Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.03.2022 11:35
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunda Elm gününə həsr edilmiş tədbir keçirilib

Fiziologiya İnstitutunda Elm gününə həsr edilmiş tədbir keçirilib

АМЕА-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Elm gününə həsr edilmiş hibrid formatda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Sevinc Mikayılova müəssisədə aparılan elmi tədqiqatların istiqamətləri barədə məlumat verib, elmin inkişafında gənclərin üzərinə düşən mühüm vəzifələrdən söz açıb.

Daha sonra institutun İmmunofiziologiya və eksperimental transplantologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru X.Səfixanova tədbiri onlayn olaraq davam etdirib. X.Səfixanovanın “Qocalmanın sirləri” mövzusunda elmi-populyar məruzəsi universitet tələbələri və yuxarı sinif şagirdlərinin marağına səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: