AMEA-nın Nəsimi adına Dilçilik İnstitutnda Novruz bayramı ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə müəssisənin baş direktoru, professor Nadir Məmmədli xalqımızın dəyərli adət-ənənələri, Novruz bayramı haqqında danışıb. Bildirib ki, Novruzun kökləri qədim dövrlərə təsadüf edir. Xalqımız bu bayramı uzun illərdir böyük təntənə ilə qeyd edir. Qürurvericidir ki, artıq Novruz bayramı Şuşada, Cıdır düzündə də təntənə ilə keçirilir.
Daha sonra institutun icraçı direktoru, dosent Baba Məhərrəmli və şöbə müdirləri Novruz bayramı ilə bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, qədim, müqəddəs bayramlarımızdan olan Novruz insanlara sonsuz sevinc, fərəh və xoşbəxtlik bəxş edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.