AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda 31 mart soyqırımı qurbanlarına həsr edilən anım tədbiri keçirilib.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun baş direktoru, professor Abbas Seyidov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycanlıların Soyqırımı Günü və ya Mart hadisələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhəri və quberniyasının müxtəlif yerlərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı törədilən əməllər Azərbaycan xalqının yaddaşına qanlı tarix kimi həkk olunub. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qəbul edilib.
Anım tədbirində institutun əməkdaşları, professorlar Hidayət Cəfərov, Qafar Cəbiyev, tarix üzrə fəlsəfə doktorları Bəhlul İbrahimli və Qəhrəman Ağayev çıxış edərək bu qanlı tarix haqqında öz fikir və mülahizələrini bölüşüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.