Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.03.2022 12:48
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədər tədbir keçirilib

Neft və Qaz İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədər tədbir keçirilib

AMEA-nın Neft və Qaz İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədər tədbir keçirilib.

Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutunun icraçı direktoru, g.-m.e.d., professor Vaqif Qurbanov bildirib ki, həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. Bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur. 31 Mart - Soyqırım Günü hər zaman xalqımızın tarixində həm milli matəm və hüzn günü kimi xatırlanacaqdır.

Sonra Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli məlumat verib ki, Bakıda soyqırım nəticəsində bir çox görkəmli ictimai binalar dağıdılıb ki, buna misal olaraq, İsmailiyyə binasının şərq tərəfi, İsgəndəriyyə mehmanxanası, Təzəpir məscid binası və s. göstərmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: