Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.03.2022 16:15
  • A-
  • A
  • A+

Botanika İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri keçirilib

Botanika İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri keçirilib

AMEA-nın Botanika İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.

Onlayn keçirilən tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İnstitutun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva tədbirdə çıxış edərək bildirib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir: “Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

O qeyd edib ki, 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb və həmin gündən başlayaraq 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyevin diqqəti sayəsində 1918-ci il soyqırımı ilə bağlı genişmiqyaslı araşdırmalar aparılıb, erməni millətçiləri tərəfindən törədilmiş cinayətlərə dair yeni faktlar üzə çıxıb, Quba şəhərində azərbaycanlıların kütləvi məzarlığı aşkar olunub.

Tədbirdə çıxış edən institutun icraçı direktoru, biologiya elmləri doktoru Şakir Qasımov, biologiya elmləri doktorları Eldar Novruzov, Aydın Əsgərov, Dilzarə Ağayeva, Naibə Mehdiyeva, biologiya üzrə fəlsəfə doktorları Xuraman Xəlilova, Ələddin Qədimov, Rəşad Səlimov və digərləri öz çıxışlarında Mart soyqırımını Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biri kimi qiymətləndirərək indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq və bir daha belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin vacibliyini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: