AMEA
Geologiya İnstitutuölkə ərazisində palçıq vulkanlarının helikopterlə tədqiqini həyata keçirib.
“Dünya palçıq vulkanları” atlasının çapa hazırlanması ilə əlaqədar təşkil edilmiş aerotədqiqat işləri Abşeron, Şamaxı-Qobustan və Aşağı Kür neftli-qazlı rayonlarında yerləşən aktiv vulkanları, eləcə də Bakı arxipelaqındakı ada vulkanları üzərində aparılıb. Tədqiqatlar zamanı palçıq vulkanlarının fəaliyyətinə dair yeni məlumatlar alınıb.
İnstitutun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor
Adil Əliyevinsözlərinə görə, vulkanların aerofotoşəkilləri ilk dəfə Azərbaycan palçıq vulkanları atlasının tərtib olunması və onun 1971-ci ildə nəşri ilə əlaqədar əldə edilib.
Məlumatı AMEAGeologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.