Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın müxbir üzvünün məqaləsi yüksək impakt faktorlu Q2 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib
11.04.2022 13:02
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvünün məqaləsi yüksək impakt faktorlu Q2 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində müəllifi olduğu məqalə çap olunub.

Məqalə “Results in Mathematics” 1.199 yüksək impakt faktorlu Q2 kateqriyalı jurnalda dərc edilib.

“Stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında kommutatorların BMO fəzalarında xarakterizasiyası” adlı məqalədə stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında kəsr maksimal kommutator operatorun və kəsr maksimal operatorun kommutatorunun məhdudluğu üçün meyarlar alınıb. Bu nəticələrin tətbiqi olaraq stratifid Li qruplarında təyin olunmuş Orliç fəzalarında maksimal kommutator operatorun və kəsr maksimal operatorun kommutatorunun məhdud olması üçün zəruri və kafi şərtlər tapılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: