Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

14.04.2022 12:31
  • A-
  • A
  • A+

Tarix Muzeyində Nəriman Nərimanova məxsus əşyalar qorunur

Tarix Muzeyində Nəriman Nərimanova məxsus əşyalar qorunur

Bu gün Azərbaycan xalqının böyük şəxsiyyəti, görkəmli yazıçı, həkim və ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasından 152 il ötür.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr, Hədiyyələr və xatirə əşyaları və Fotoneqtiv fondlarında  ictimai xadim Nəriman Nərimanova məxsus yazı ləvazimatı, qəzet, jurnal və bir sıra foto materiallar qorunur. Həmin materiallar arasında Ali Pedaqoji İnstitutunun xəbərləri bölməsində institutun təsisatının 3-cü ildönümünə həsr olunan sayında N.Nərimanovun müəllim və tələbələrə müraciəti (Bakı 1925-ci il), həmçinin N.Nərimanovun Həştərxanın ictimai xadimləri arasında fotosu da yer alır.

Xatırladaq ki, N.Nərimanovun 2020-ci il tarixində 150 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq bütün ölkədə, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyində də mütəmadi olaraq silsilə tədbirlər keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: