Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

19.04.2022 15:51
  • A-
  • A
  • A+

MEK-in fondlarına yeni nəşrlər daxil olub

MEK-in fondlarına yeni nəşrlər daxil olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) balansına Azərbaycan Yazıçılar Birliyindən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən, xarici ölkələrdən, həmçinin müəlliflər tərəfindən bir sıra yeni nəşrlər daxil olub.

MEK fondlarını zənginləşdirən bu nəşrlər sırasında “Vətən Bağı Al-Əlvandır”, “Söhrab Tahir Azər Azərin Lirikası” (Gülxani Pənah), “Milli kökümüzə, dilimizə, ədəbiyyatımıza yeni baxış” (Gülxani Pənah), “Ümumiləşmiş inteqrallar və koşi tipli inteqralların sərhəd xassələri” (Rəşid Əliyev), “Vətən adlı dinim var...” (Gülxani Pənah), “Qarabağın və Şərqi Zəngəzurun Alban Abidələri” (Məhəbbət Paşayeva)  və s. nəşrlər yer alır. Sözügedən nəşrlərin böyük əksəriyyəti milli mənəvi dəyərlərimiz və vətənpərvərlik mövzularını əhatə edir.

Qeyd edək ki, bunlarla yanaşı MEK-ə Türk Dil Qurumundan “Türk Dili” (834 Mart 2022)” və “Türk Dili” (844 Nisan 2022), Moskvadan isə “Kитай” (Çin) No:2-3 (194) (Fevral-Mart 2022) jurnalları daxil olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: