Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.04.2022 09:20
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə institutun baş direktoru, t.e.d., professor Abbas Seyidov açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.

Tədbirdə əvvəlcə institutun təşkilatçılığı ilə baş tutacaq “Heydər Əliyev - 99: Arxeologiya və Etnoqrafiya elmlərinə dövlət qayğısı” mövzusunda elmi sessiyanın keçirilməsi üçün Təşkilat komitəsi yaradılıb.

Həmçinin müəssisənin nəzdindəki Antropologiya Mərkəzinin dissertantı Aynur Mirzəyevanın tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan saxurları. Tarixi-etnoqrafik tədqiqat” adlı dissertasiya işinə elmi rəhbərlik edən t.e.d. Aydın Balayevin vəfatı ilə əlaqədar yeni elmi rəhbər kimi əlavə olaraq t.e.d., professor Məhəbbət Paşayeva təsdiqlənib. Bundan əlavə, Müasir dövr etnoqrafiyası şöbəsinin doktorantı, t.ü.f.d. dosent Pirağa İsmayılzadənin “Azərbaycanda Kür-Araz bölgəsinin tarixi-etnoqrafik tədqiqi” mövzusunda tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi doktorluq dissertasiyasının adında qismən dəyişiklik edilərək “XX əsrdə Azərbaycanın Kür-Araz ovalığı əhalisinin mədəni-məişət xüsusiyyətləri” kimi təsdiq olunub. Eyni zamanda Tunc dövrü arxeologiyası şöbəsinin doktorantı Aidə Məmmədovanın elmi məsləhətçisi Vəli Əliyevin vəfatı ilə əlaqədar yeni elmi rəhbər kimi əlavə olaraq t.e.d., professor Hidayət Cəfərov təsdiq edilib.

Sonda bir sıra cari məsələlərə baxılıb. Müzakirələrdə professorlar Hidayət Cəfərov, Əliağa Məmmədli, Nərgiz Quliyeva, Əsədulla Cəfərov, t.e.d., dosentlər Güllü Məmmədli, İlhamə Məmmədova, t.ü.f.d., dosentlər Təvəkkül Əliyev, Səfər Aşurov, Zaur Həsənov, Fərhad Quliyev, Pirağa İsmayılzadə, Taleh Əliyev və Akif Quliyev çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: