Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.05.2022 16:18
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş tədbir keçirilib

Fizika İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Fizika İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri AMEA-nın prezidenti v.i.e., Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov açaraq Ulu öndərin Akademiyaya, eyni zamanda Fizika İnstitutuna göstərdiyi diqqətdən danışıb, Ümummilli liderin Fizika İnstitutuna gəlişi haqqında tarixi məlumatı diqqətə çatdırıb. O, Ümummilli lider, görkəmli dövlət xadimi, tarixi şəxsiyyət Heydər Əliyevin dövlətçiliyimizin inkişafı, xalqın rifahının yaxşılaşdırılması üçün gördüyü işlərdən söz açaraq vurğulayıb ki, dahi liderin Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində irəli sürdüyü strategiya bu gün də davam etməkdədir.

Qeyd olunub ki, bu yaxınlarda Fizika İnstitutunda Ulu öndər Heydər Əliyevin yeni xatirə guşəsi yaradılacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: