Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.05.2022 14:25
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunda Heydər Əliyevin anadan olmasının 99-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Riyaziyyat və Mexanika İnstitutunda Heydər Əliyevin anadan olmasının 99-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Heydər Əliyevin anadan olmasının 99-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli ömür yolundan, vətən qarşısında tarixi xidmətlərindən danışıb. Qeyd edib ki, dünya şöhrətli siyasətçi Heydər Əliyevin müdrik siyasəti və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının, həmçinin müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusunun gerçəkləşməsinə nail olunub. Professor öz çıxışında bir daha vurğulayıb ki, Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi tənəzzüldən xilas edərək inkişaf, tərəqqi yoluna çıxaran Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından saatlarla, günlərlə danışmaq olar. Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir.

Ulu öndər Azərbaycan elmi qarşısında dayanan əsaslı problemlərə toxunmuş, onların aktuallığını əsaslandıraraq alimlərimizə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyə etmiş, elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürmüşdü. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdı. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Professor Misir Mərdanovun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyəti, güclü iradəsi ilə müstəqil Azərbaycan Respublikasını yeni tarixi mərhələyə çatdırıb.

Alim milli adət-ənənələrimizin, dövlətçiliyimizin, həmçinin tariximizin, dilimizin qorunmasında Ümummilli liderin xidmətləri əvəzsiz oduğunu vurğulayıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: