Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.05.2022 14:07
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

İdarəetmə Sistemləri İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri və digər əməkdaşlar iştirak ediblər.

Yığıncağı giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbbasov qeyd edib ki, 10 may 1923-cü il tarixi müasir Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqillik və inkişaf naminə misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. O bildirib ki, Ulu Öndərin mənalı ömrünün əsas qayəsi Vətənə, xalqa məhəbbət, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı olub. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir. Məhz Ümummilli Liderin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulub, dünya məkanında öz layiqli yerini tutub.

Bütün həyatı boyu öz xalqına sədaqətlə xidmət etmiş Heydər Əliyevin ömür yolunun hər bir azərbaycanlı üçün örnək olduğunu bildirən Ə.Abbasov Ümummilli Liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif mərhələlərinə nəzər salıb.

Ə.Abbasov qeyd edib ki, Ulu Öndər üçün ən böyük əhəmiyyət kəsb edən məsələlərdən biri də məhz Azərbaycanın ərazi bütövlüyünün bərpası olub. Heydər Əliyev bu istiqamətdə taleyüklü qərarlar qəbul edib, itirilən pozisiyalar üçün diplomatik sahədə uğurlu addımlar atıb, ordu quruculuğuna xüsusi diqqət göstərib. Ulu Öndər, həmçinin ərazi bütövlüyü uğrunda canından keçən soydaşlarımızın xatirəsini əziz tutmuş, müharibə nəticəsində zərər çəkən əhaliyə qayğısını əsirgəməmişdi. Akademik bildirib ki, məhz Heydər Əliyev üçün önəmli olan bu problem Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsi nəticəsində öz həllini tapdı. Ali Baş Komandanın rəhbərliyi ilə 27 sentyabr 2020-ci il tarixində düşmən təxribatına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın əzəli və əbədi torpaqları işğaldan azad olundu. Ə.Abbasov bildirib ki, hazırda ölkə başçısının göstərişi ilə azad olunan ərazilərdə müasir inkişaf meyilləri əsasında bərpa və yenidənqurma işləri aparılır.

Sonra AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda informasiya texnologiyalarının, elm və təhsil müəssisələrinin inkişafına göstərdiyi mühüm diqqət və qayğıdan söz açıb və dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüb. Təkcə Azərbaycanda deyil, ümumilikdə SSRİ məkanında yüksək iradəsi, uzaqgörən siyasəti ilə seçilən Heydər Əliyevlə bağlı xatirələrindən söz açan T.Əliyev Ulu Öndərin alimlərə göstərdiyi ehtiramdan, sosial-iqtisadi dəstəkdən ətraflı şəkildə bəhs edib.

O, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni inkişafından söz açaraq qeyd edib ki, bu dövr məhz güclü sənaye potensialının yaradılması və bütün sahələrdə sürətli inkişafla xarakterizə olunur. Heydər Əliyevin rəhbərliyi ilə ölkədə rabitə, informasiya texnologiyaları, kosmik tədqiqatlar və digər sahələrdə sürətli inkişaf baş verdi, paytaxtda və müxtəlif regionlarda istehsalat birliklərinin, elmi tədqiqat müəssisələrinin əsası qoyuldu, yeni tipli elm tutumlu innovativ məhsul və xidmətlər ərsəyə gəldi. Ümummilli Liderin yüksək dövlətçilik siyasəti nəticəsində ölkənin bütün regionlarında texnoloji elmtutumlu sənaye inkişaf etdi.

T.Əliyev elm və təhsilin inkişafında ölkə başçısı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına, ali təhsil müəssisələrinə, gənc kadr potensialının inkişafına göstərilən xüsusi diqqət və qayğıdan bəhs edib. Akademik bildirib ki, sözügedən dövrdə AMEA-da həyata keçirilən islahatların ölkənin innovativ inkişafında xüsusi rolu olub. T.Əliyev AMEA-da aparılan tədqiqatlara, yüksək inkişaf meyillərinə Heydər Əliyevin xüsusi dəstəyini vurğulayaraq Azərbaycan elminin, müasir standartlara cavab verən texnoloji inkişafın əsasının məhz həmin dövrdən qoyulduğunu diqqətə çatdırıb.

Daha sonra İSİ Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Lamiyə Nəcəfova çıxış edərək Ulu Öndərin elmin inkişafına, gənclərin layiqli vətəndaş kimi yetişdirilməsi istiqamətində töhfələrindən bəhs edib. Bildirib ki, ictimai-siyasi, mədəni həyatın müxtəlif sahələrində sistemli islahatlar aparan Ulu Öndər bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi diqqət yetirirdi. L.Nəcəfova qeyd edib ki, Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.

Tədbirdə AMEA-nın müxbir üzvü Kamil Aydazadə, professor Knyaz Məmmədov, r.e.d. İlqar Məmmədov, dosent Rəna Əsədova və İSİ YAP Ərazi təşkilatının sədri Zülalə Cəbiyeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi fəaliyyəti ətrafında çıxış edərək öz xatirələri ilə bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: