Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.05.2022 15:45
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

Zoologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

AMEA-nın Zoologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib.

Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun baş direktor vəzifəsini icra edən, a.e.ü.f.d. Ələddin Eyvazov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dönəmindən söhbət açıb. O bildirib ki, XX əsr Azərbaycan tarixinin əlli ildən çox dövrü məhz Heydər Əliyevin şəxsiyyəti ilə onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdı.

Daha sonra YAP Yasamal rayonu Zoologiya İnstitutu üzrə İlk partiya təşkilatının sədri Hafiz Muxtarov “Heydər Əliyev: Azərbaycan dövlətinin müstəqilliyi onun iqtisadi müstəqilliyindən keçir” adlı məruzəsi ilə çıxış edib və qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev qurtuluş mübarizəsinin qalibi, Azərbaycan dövlətçiliyinin xilaskarı idi.

İclasda Zooloji muzeyin baş laborantı Zeynəb Məmmədova “Heydər Əliyevin Gənclərlə bağlı kadr siyasəti”, Tətbiqi Zoologiya Mərkəzinin müdiri b.ü.f.d Barat Əhmədov isə “Heydər Əliyev Dünya Azərbaycanlılarının misilsiz təəssübkeşidir” adlı məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: