Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.05.2022 13:50
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Mayın 12-də AMEA-nın Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.

İclasda ilk olaraq institutun fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantlarının attestasiyasının nəticələri və  Gənc Alim və Mütəxəssislər Şuranın tərkibinə əlavə üzvlərin daxil edilməsi barədə məlumat verilib, müvafiq  qərarlar qəbul olunub.

Daha sonra şura üzvlərinin diqqətinə çatdırılıb ki, institutun Ekoloji biofizika laboratoriyasının böyük elmi işçiləri b.ü.f.d. Ruhiyyə Quliyeva və b.ü.f.d. Sevinc Cəfərova dosent elmi adını alıb və bu barədə müvafiq sənəd onlara Ali Attestasiya Komissiyası tərəfindən təqdim olunub. Professor Oktay Qasımov dosent adını qazanan iki əməkdaşı institutun rəhbərliyi və kollektivi adından təbrik edib, gələcək elmi və ictimai fəaliyyətlərində onlara uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: