Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.05.2022 09:42
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları beynəlxalq konqresdə məruzə ilə çıxış ediblər

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları beynəlxalq konqresdə məruzə ilə çıxış ediblər

Türkiyənin Aydın şəhərində yerləşən Adnan Menderes Universitetində Azərbaycanın görkəmli numizmat alimi, tarix üzrə elmlər doktoru, professor Əli Rəcəblinin 95 illiyinə həsr olunan “Balkanlar, Anadolu, Qafqaz və Türküstanın coğrafiyası, sənəti, mədəniyyəti, tarixi və folkloru” adlı II beynəlxalq konqres keçirilib.

17 ölkəni təmsil edən 70-dən artıq məruzəçinin qatıldığı konqres həm onlayn, həm də canlı formatda baş tutub.

Konqresdə iştirak edən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, t.e.d., professor Abbas Seyidov plenar iclasda salamlama nitqi ilə çıxış etdikdən sonra, bölmədə olan məruzəsində “Qarabağın son Neolit dövrü abidələri” haqqında məlumat verib.

Tədbirin onlayn formatda olan hissəsində isə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları - t.ü.f.d. Leyla Rüstəmova “Leylatəpə mədəniyyətinin əsas mərkəzi - Qarabağ” (həmmüəllif: t.ü.f.d. Xaqani Alməmmədov) və elmi işçi Bədircahan Məmmədova “Zaqatala bölgəsinin arxeoloji irsi (dəmir dövrü abidələri)” mövzusunda məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: