Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.05.2015 05:45
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda bolqar alimin məruzəsi dinlənilib

Coğrafiya İnstitutunda bolqar alimin məruzəsi dinlənilib

Mayın 20-də AMEA Coğrafiya İnstitutunun növbəti elmi seminarı Bolqarıstan tədqiqatçısı, yazıçı, Strategiya və Analiz Mərkəzinin rəhbəri, professor Stoyan Dinkovun “Paleocoğrafiya və DNK-genealogiyası” mövzusunda məruzəsinə həsr olunub.

Tədbirdə bu elm müəssisəsinin direktoru, akademik Ramiz Məmmədov məruzəçi haqqında məlumat verərək deyib ki, məşhur bolqar şairi İvan Dinkovun ailəsində boya-başa çatmış alim Bolqarıstan və Türkiyənin ümumi tarixi və paleocoğrafiyasının tədqiqi ilə məşğuldur. Tədqiqatçı alim bu mövzuya həsr olunmuş “Osmanlı-Roma imperiyası, bolqarlar və türklər”, “Turan – skiflərdən və hunlardan, türklərə və bolqarlara qədər”, “Genetika və paleocoğrafiyada politonimlər” və digər kitabların müəllifidir. 2013-cü ildən Bakıda yaşayan S.Dinkov bu istiqamətdə tədqiqatlarını davam etdirərək paleocoğrafiya və paleotarixdə genetikaya həsr olunmuş “Dağlıq Qarabağın genetik landşaftının paleocoğrafiyası” kitabını nəşrə hazırlayır.

Bolqar alimi respublikamızda da sahələrarası yeni elmi istiqamət olan genetik paleocoğrafiya üzrə elmi tədqiqatların aparılmasını arzulayıb.

Sonda məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: