Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.05.2015 09:20
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzində elmi-praktiki seminar keçirilib

Şəki Regional Elmi Mərkəzində elmi-praktiki seminar keçirilib

Mayın 20-də Şəki Regional Elmi Mərkəzində (ŞREM) AMEA Rəyasət Heyəti Aparatının Hüquq və kadrlar idarəsinin rəis müavini Rzaqulu Hacıyev, idarənin Qanunvericilik təminatı şöbəsinin rəis müavini Anar Əliyev, Kadrlar şöbəsinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Aynurə Mahmudovanın iştirakı ilə elmi praktiki seminar keçirilib.

Seminarın məqsədi Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, təşkilat və müəssisələrdə kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun şəkildə sənədləşmənin aparılmasına və ölkə Prezidentinin 27 dekabr 2013-cü il tarixli Sərəncamı ilə Əmək Məcəlləsində edilmiş dəyişikliklərin, eləcə də kadr sahəsində sənədləşmənin aparılmasına metodiki və praktiki köməkliyin göstərilməsi idi.

Tədbirdə ŞREM-in direktoru, fizika-riyaziyyat üzra fəlsəfə doktoru Yusif Şükürlü elmi-praktiki seminarın əhəmiyyətindən danışıb, göstərilən təşəbbüsə görə AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə və Rəyasət Heyətinin Aparatının Hüquq və Kadrlar İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirib.

Sonra Rzaqulu Hacıyev apardıqları araşdırma və yoxlamaların nəticələri barədə məlumat verib, nöqsan və çatışmazlıqları diqqətə çatdırıb. Qarşıda duran vəzifələrdən söz açan R.Hacıyev ŞREM-in əməkdaşlarına işlərində  müvəffəqiyyətlər arzulayıb, seminar iştirakçılarının suallarını cavablandırıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

 

  • Paylaş: