Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.05.2022 15:58
  • A-
  • A
  • A+

Tarix İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Tarix İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda Gənc Alim və Müətəxəssislər Şurasının təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.

Yığıncaqda AMEA-nın Gənc Alim və Müətəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev giriş sözü ilə çıxış edərək XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublikanın Azərbaycanda yaranmasının tarixi əhəmiyyətindən danışıb, Azərbaycan Xalq Cümhuriyyətini xalqımızın şərəfli tarixinin önəmli səhifələrindən biri olduğunu vurğulayıb.

Sonra Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Babazadə “Müsəlman şərqindəki ilk cümhuriyyətin varisləri” adlı məruzə ilə çıxış edərək müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olmasından, ölkəmizdə cümhuriyyət tarixinin hərtərəfli tədqiqindən söz açıb.

Tədbirdə Nigar Camalova “Ermənistanın ərazi iddialarına qarşı AXC hökumətinin diplomatik mübarizəsi”, Quliyeva Aytən “İstiqlalımıza işıq saçan günəş”, Yaqut Məmmədova “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti və diplomatiyası”, Ləman Əsədzadə “Azərbaycan Xalq Cümhuriyyətinin mədəni quruluculuq tədbirləri”, Nigar Mustafayeva “İstiqlala aparan tarix- İstiqlal muzeyi” adlı məruzələrlə çıxış ediblər. Məruzələr dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Sonda gənc alimlər mövzu ilə bağlı müzakirələri davam etdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: