Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  AMEA PREZİDENTİNİN GÖRÜŞLƏRİ

03.09.2024 15:35
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətində türkiyəli alimlərlə görüş

AMEA Rəyasət Heyətində türkiyəli alimlərlə görüş

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan türkiyəli alimlərlə görüşüb.

Görüşdə akademik İsa Həbibbəyli dost və qardaş ölkənin elmi qurumları ilə yaradılmış geniş əlaqələrin əhəmiyyətindən danışaraq bütün elm sahələrini əhatə edən bu əməkdaşlığın gündən-günə inkişaf etdiyini xüsusi vurğulayıb.

Ankara Hacı Bayram Vəli Universitetinin Lisansüstü Təhsil İnstitutunun “Ədəb-Ərkan” elmi jurnalının rəhbəri professor, doktor Ahmet Taşğın çalışdığı universitetdə aparılan elmi tədqiqat istiqamətləri barədə ətraflı məlumat verib. Həmçinin rəhbərlik etdiyi elmi jurnalın fəaliyyəti haqqında danışan türkiyəli professor AMEA-nın elmi nəşrləri ilə qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə yüksək impakt faktorlu jurnalların elmi bazalara inteqrasiya məsələləri də müzakirə olunub, AMEA ilə Türkiyə universitetinin elmi nəşrlər sahəsində əməkdaşlığının genişləndirilməsi barədə razılıq əldə edilib.

Hacı Bayram Vəli Universitetinin Lisansüstü Təhsil İnstitutunun “Ədəb-Ərkan” elmi jurnalının əməkdaşı Hakkı Taşğın və Kastamonu Universitetinin əməkdaşı professor, doktor Namiq Musalı da görüşdə iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: