Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.05.2022 11:54
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda Müstəqillik Günü qeyd olunub

Radiasiya Problemləri İnstitutunda Müstəqillik Günü qeyd olunub

AMEA-nın Radiasiya Problemləri İnstitutunda 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş, şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev 28 May – Müstəqillik Günü, bu günün tarixi və əhəmiyyəti haqqında iştirakçılara məlumat verib.

Daha sonra çıxış edən institutun icraçı direktoru, müəssisənin Qadınlar Şurası və YAP ərazi partiya təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva bildirib ki, 1918-ci il mayın 28-də qəbul olunmuş “İstiqlal Bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edilirdi. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafın, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti 27 aprel 1920-ci ildə süqut etsə də, xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının göstəricisi idi.

Tədbirdə çıxış edən digər natiqlər müstəqilliyimizin əbədi və dönməz, vətənimizin hər qarış torpağının müqəddəs olduğunu, uğura aparan yolda hər addımın gələcək inkişafdan xəbər verdiyini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: