Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.06.2022 16:23
  • A-
  • A
  • A+

“Qarabağın incisi – Şuşa” adlı II respublika rəsm əsərləri və əl işlərindən ibarət müsabiqə-sərginin açılış mərasimi keçirilib

“Qarabağın incisi – Şuşa” adlı II respublika rəsm əsərləri və əl işlərindən ibarət müsabiqə-sərginin açılış mərasimi keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Şuşa ili” çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümünə həsr olunmuş  “Qarabağın incisi – Şuşa” adlı II respublika rəsm əsərləri və əl işlərindən ibarət müsabiqə-sərginin açılışı keçirilib.

Sərgidə Azərbaycanın dilbər guşələrindən olan və Azərbaycanın müzəffər ordusu tərəfindən düşmən tapdağından azad olunmuş Qarabağın incisi Şuşa və Qarabağı əks etdirən 100-dən çox əl işi və rəsm əsərləri yer alıb. Mart ayından start verilən müsabiqəyə Azərbaycanın müxtəlif bölgələrindən 5 yaşından 65 yaşa qədər olan əl qabiliyyətli, istedadlı insanlar öz əl işləri ilə müxtəlif kateqoriya üzrə tədbirə qatılıblar. Müsabiqə 2 kateqoriya - təsviri incəsənət və tətbiqi sənət üzrə 3 nominasiyada keçirilib.

Münsiflər heyətinin üzvləri - muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Teatr Muzeyinin direktor müavini, Rəssamlar İttifaqının üzvü, rəssam Nazim Məmmədov, memarlıq üzrə fəlsəfə doktoru, muzeyin Təsviri materiallar fondunun müdiri Nardanə Yusifova və bərpaçı-rəssam, Əməkdar mədəniyyət işçisi Gülşən Hacıyevanın iştirakı ilə sərginin işləri dəyərləndirilib, qaliblər seçilib.

Hər iki kateqoriya üzrə 3 yerin qalibi seçilib və münsiflər heyətinin rəğbətini qazanan həvəsləndirici işlər yer alıb.

Seçilən qaliblər mükafatlandırılıb və Fəxri fərmanlarla təltif olunub. Müsabiqənin bütün iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihənin rəhbəri və kuratoru muzeyin əməkdaşı Aynur Babayevadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: