Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.06.2022 11:54
  • A-
  • A
  • A+

Folklor İnstitutunun Elmi şurasının iclası keçirilib

Folklor İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasın gündəliyindəki ilk məsələ 2022-ci ilin I yarısı üzrə Folklor İnstitutunda aparılan elmi-tədqiqat işlərinin vəziyyəti barədə olub. Qeyd olunan məsələ ilə bağlı institutun şöbə müdirləri məlumat veriblər.

Sonra AMEA-nın müxbir üzvü Kamran Əliyevin vəfatı ilə əlaqədar institutun elmlər doktoru hazırlığı üzrə dissertantı, f.ü.f.d. Aynur İbrahimovanın elmi məsləhətçisinin dəyişdirilməsi məsələsinə baxılıb. Şura üzvləri mövzunun elmi məsləhətçisiz davam etdirilməsinə qərar veriblər.

Tədbirdə, həmçinin f.ü.f.d. Günel Cənnətovaya ixtisas üzrə dosent elmi adının verilməsi üçün Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması ilə bağlı səsvermə keçirilib. Gizli səsvermənin nəticələri müsbət hesab edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: