AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində xəlvətiyə təriqətinə mənsub, XVIII əsrin sonlarına aid olan sufi əmmaməsinin üzərindəki rekonstruksiya işləri davam edir.
Hal-hazırda əmmamənin rekonstruksiya işlərinin ikinci mərhələsi yekunlaşıb. Belə ki, əmmamənin yaşıl sarğısının alt hissəsindəki ağ parçadan və pambıq dolğudan ibarət olan element demontaj olunub. Eksponatın orijinal materiallarını və hazırlanma texnikasını saxlamaq şərti ilə təmizlənmə və dezinfeksiya işləri aparılıb, konservasiya edilərək orijinal görünüşü bərpa edilib.
Bərpa laboratoriyasının tekstil üzrə bərpaçı-rəssamı Nuridə Hüseynova tərəfindən eksponatın rekonstruksiya işlərinin üçüncü mərhələsinə start verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.