Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

06.06.2022 16:14
  • A-
  • A
  • A+

XIX əsr Azərbaycan əlyazmaları türkiyəli tədqiqatçıların maraq dairəsindədir

XIX əsr Azərbaycan əlyazmaları türkiyəli tədqiqatçıların maraq dairəsindədir

Türkiyənin Munzir Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinin əməkdaşı Dr. Özkan Uz AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

O, institutun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov və elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovla görüşüb.

“XIX əsr Azərbaycan poeziyası” mövzusunda tədqiqat işləri aparmaq, bəzi əsərlərin elmi-tənqidi mətnini hazırlamaq istəyini bildirən tədqiqatçıya bu məqsədlə institutun dördcildlik “Türkdilli əlyazmalar” kataloqu hədiyyə olunub.

Tərəflər görüş zamanı gələcəkdə birgə icrası mümkün olan əməkdaşlıq layihələrini müzakirə ediblər.

Paşa Kərimov Dr. Özkan Uza elmi məsləhətçi qismində yardım edə biləcəyini söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: