Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

06.06.2022 16:43
  • A-
  • A
  • A+

Tarix Muzeyinin kolleksiyasında Şuşa şəhərinin tarixi abidələrini əks etdirən rəsm əsərləri qorunur

Tarix Muzeyinin kolleksiyasında Şuşa şəhərinin tarixi abidələrini əks etdirən rəsm əsərləri qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında vaxtilə Memarlıq və İncəsənət İnstitutunun professoru olmuş Qəzənfər Əlizadənin Azərbaycanın bir çox dilbər guşələrini əks etdirən rəsm əsərləri mühafizə olunur. Bu nümunələrdən görkəmli memar-rəssamın Şuşa şəhərinə həsr olunmuş “Gövhər ağa məscidinin qoşa minarəsi”  və “İbrahim Xəlil xanın qalası” adlı əsərlərini xüsusi vurğulamaq olar. Muzeyin Təsviri Materiallar fondunda qorunan həmin əsərlər müəllif tərəfindən təxminən 1950-ci illərdə çəkilib.

Geniş yaradıcılığa malik memar-rəssam Q.Əlizadə şəhər memarlığına da öz töhfələrini vermiş, onun layihələri əsasında 1958-ci ildə Azərbaycan Dövlət Milli Dram Teatrının binası, 1960-cı ildə isə “Azərbaycanfilm” kinostudiyasının əsas binası inşa edilmişdir.

Təqdim olunmuş dəyərli təsviri sənət nümunələri Şuşa memarlıq abidələri və incəsənətinin tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: