Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.06.2022 14:52
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzdə “Əməyin mühafizəsi qaydaları”na həsr olunmuş seminar keçirilib

Seysmoloji Mərkəzdə “Əməyin mühafizəsi qaydaları”na həsr olunmuş seminar keçirilib

İyunun 7-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Həmkarlar Təşkilatının təşəbbüsü ilə “Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə” mövzusunda seminar keçirilib.

Seminarda RSXM-nin icraçı direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, Əməyin mühafizəsi şöbəsinin müdiri Sultan Abasov, müvafiq şöbə müdirləri və əməkdaşlar iştirak ediblər.

Həmkarlar Təşkilatının sədri, Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı norma və standartlar, qaydalar barədə danışıb.

Mərkəzin əməkdaşı Bəxtiyar Xanbutov isə RSXM-də əməyin mühafizəsinə xüsusi diqqət yetirildiyini bildirib və təbii fəlakətlər zamanı davranış qaydaları, təbii xarakterli fövqəladə halların təsnifatı, əmək şəraiti zamanı yanğın baş verdikdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Daha sonra müəssisələrdə əmək şəraiti, işçilərin həyat və sağlamlığının qorunması üçün texniki təhlükəsizlik qaydalarına əməl olunması barədə müzakirələr aparılıb və maraq doğuran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: