Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.06.2022 17:08
  • A-
  • A
  • A+

“Bəxtiyar Vahabzadə - türk dünyası tarixi, mədəniyyəti və ədəbiyyatı” adlı beynəlxalq simpozium keçirilib

“Bəxtiyar Vahabzadə - türk dünyası tarixi, mədəniyyəti və ədəbiyyatı” adlı beynəlxalq simpozium keçirilib

AMEA-nın Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), bu ali məktəbin Şəki və Quba filialları və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə Şəkidə “Bəxtiyar Vahabzadə - türk dünyası tarixi, mədəniyyəti və ədəbiyyatı” mövzusunda beynəlxalq simpozium keçirilib.

Azərbaycan, Türkiyə və dünyanın müxtəlif ölkələrindən alimlərin iştirak etdiyi simpozium onlayn təşkil olunub.

Simpoziumun açılış mərasimi Şəkidə - görkəmli şair Bəxtiyar Vahabzadənin ev-muzeyində keçirilib.

Tədbirdə AMEA-nın Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, “Dədə Qorqud” filialının müdiri, professor Ramazan Qafarlı, Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, ADPU-nun Şəki filialının direktoru dosent Rafiq Rəsulov, B.Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəriyəbəyli, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, dosent Yusif Şükürlü, Türkiyənin İKSAD İnstitutunun prezidenti Lətif Emek istiqlal şairinin yaradıcılıq xüsusiyyətlərindən, müstəqillik ideyalarından, fəlsəfi fikirlərindən, Azərbaycan və türk ədəbiyyatında mövqeyindən söhbət açıblar.

Sonra ADPU-nun Şəki filialında bölmələr üzrə təqdimatlar olub. Akademiyanın, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Folklorşünaslıq və el sənətləri şöbəsinin, Pedaqoji Universitetin, ADPU-nun Şəki filialının, AMEA-nın Nizami Gəncəvi adına Ədədbiyyat İnstitutunun, Hindistanın Mangalore Universitetinin, Türkiyənin Düzce Universitetinin, Kütahya Dumlupınar Universitetinin, Osmaniye Korkut Ata Universitetinin, İranın İslamic Azad Universitetinin tədqiqatçıları hibrid formatda keçirilən sessiyalarda Bəxtiyar Vahabzadənin bədii yaradıcılığı ilə bağlı dəyərli araşdırmalarını təqdim ediblər.

Sonda iştirakçılara sertifikatlar verilib.

ADPU.edu.az

  • Paylaş: